Musa Qasımlı: “Hesab edirəm ki, Azərbaycan gəncliyi vətənpərvər ruhda böyüməlidir” - MÖVQE

Musa Qasımlı: “Hesab edirəm ki, Azərbaycan gəncliyi vətənpərvər ruhda böyüməlidir” - MÖVQE

Azərbaycan dövləti tərəfindən gənclərimizə xüsusi qayğı göstərilir və gənclər siyasəti həyata keçirilir. Bununla belə onların sosial-iqtisadi vəziyyəti ilə əlaqədar tədbirlər yerinə yetirilir, ipoteka kreditləri ayrılır. Həmçinin gənclərin xarici ölkələrdə təhsil almalarına yönəlik siyasət yürüdülür. Bu məsələləri bir növ dövlət öz üzərinə götürüb. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.


Millət vəkili qeyd edib ki, həmçinin gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsindən ötrü ölkəmizdə müəyyən işlər aparılır: \"Hesab edirəm ki, bu sahədə fəaliyyətin daha da genişləndirilməsi üçün yeterincə imkanlar və potensial mövcuddur. Lakin çox təəssüflər olsun ki, televiziyalarda yersiz verlişlər əvəzinə tariximiz, mədəniyyətimiz, elmimiz və incəsənətimizlə bağlı proqramlar yayımlanarsa, vətənpərvərliyə dair verlişlərin sayı artırılarsa daha məqsədəuyğun olardı. Hər bir gəncin müəyyən yaş dövründə bir idealı olur. Hesab edirəm ki, Azərbaycan gəncliyi vətənpərvər ruhda böyüməlidir. Bunun üçün də televiziyalarımızda sənədli, qısametrajlı, televiziya filməri çəkilməlidir".


Xocalı soyqırımın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına gəlincə, millət vəkili deyib ki, Azərbaycan prezidenti İlham Əliyev hər il Xocalıda törədilən soyqırımla bağlı tədbirlərin geniş şəkildə keçirilməsi haqqında sərəncam imzalayır. Ölkəmizin daxilində artıq bu sahədə böyük işlər görülüb: \"Buna misal olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kompaniyasını göstərmək olar. Xocalı soyqırımı artıq İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan bir çox ölkələrin dərsliklərinə də daxil edilib. Bütün bunların hamısı müsbət addımlardır. Bu fəaliyyət daha da genişləndirilməlidir. Bununla belə Azərbaycanda olan xarici ölkələrin səfirlikləri şagirdlər arasında müsabiqələr keçirə bilər. Həmin qaliblər də Azərbaycana dəvət olunmaqla, ölkəmizin tanıdılması istiqamətində müstəsna rol oynanıla bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə