Rasim Musabəyov: “Dünya dövlətlərinin Azərbaycana olan marağı getdikcə artır” - MÜNASİBƏT
Azərbaycanda həyata keçirilən iqtisadi-siyasət ölkəmizin beynəlxalq aləmdə imicini daha da möhkəmləndirir. Dünya dövlətlərinin Azərbaycana olan marağı getdikcə artır. Bunun nəticəsidir ki, ölkəmiz artıq dünyanın ən nüfuzlu iqtisadi tədbirlərinə dəvət olunur. SİA-nın xəbərinə görə, bunu millət vəkili Rasim Musabəyov Azərbaycanın fevralın 18-20-də Meksikanın Los-Kabos şəhərində keçirilən G20-nin xarici işlər nazirlərinin sammitində təmsil olunmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın G20 sammitində təmsil olunması ölkəmizin dünyada artan nüfuzunun dünya siyasətində iştirak payının göstəricisidir: "Neft, qaz ixracatçısı olan Azərbaycan nəinki bölgənin, o cümlədən Avropanın maraq dairəsində olan ölkədir. Çünki, bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan fəal iştirak edir. Artıq ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr Avropanın da enerji layihələrini istiqamətini dəyişir".
Millət vəkili deyir ki, Azərbaycan enerji ehtiyatlarının səmərəli istifadəsi sayəsində iqtisadiyyatı şaxələndirilmiş ölkəyə çevrilib: "Hal-hazırda Azərbaycan dövləti prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, tərəqqi və çiçəklənmə dövrünü yaşayır. Bu inkişaf kontekstində bu gün Azərbaycanda gələcəyə istiqamətlənmiş, elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın hər bir sektorunun davamlı tərəqqisinə yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən dövlət siyasəti həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB