Prezident İlham Əliyev Andrey Kovatçevi qəbul edib

Prezident İlham Əliyev Andrey Kovatçevi qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev fevralın 20-də Andrey Kovatçevin başçılıq etdiyi Avropa Parlamentinin Xarici Əlaqələr komitəsində müxtəlif siyasi partiyaları təmsil edən deputatlardan ibarət nümayəndə heyətini qəbul edib.

SİA-nın məlumatına görə, görüşdə Azərbaycanla Avropa Parlamenti və Avropa Birliyi arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji, təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə