Azərbaycanın “Eurovision-2012”yə ev sahiblik etməsini düşmənlərimiz həzm edə bilmir

Azərbaycanın “Eurovision-2012”yə ev sahiblik etməsini düşmənlərimiz həzm edə bilmir

Azərbaycanın "Eurovision-2012" Beynəlxalq Mahnı Müsabiqəsinə ev sahiblik etməsi bəzi qüvvələri narahat etməyə başlayıb. Son 20 ildə ölkəmizin uğurlu iqtisadi inkişafı, müstəqil xarici siyasəti, getdikcə beynəlxalq nüfuzunun artması Azərbaycana düşmənçilik mövqeyindən yanaşanların közü götürmür. Ölkəmizin "Eurovision-2011" mahnı müsabiqəsində birinciliyi əldə etməsi isə bu ocağı daha da alovlandırdı və Azərbaycanı gözü götürmən qüvvələri hərəkətə gətirdi.


BBC-nin ic üzü açıldı


Qarayaxma kompaniyası BBC-nın efirində daha geniş vüsət alıb. Son vaxtlar BBC-i Azərbaycan hökumətinə və Bakıda gerçəkləşdiriləcək "Eurovision-2012" yarışmasına qarşı geniş antikampaniya aparmaqdadır. Mütəmadi olaraq BBC-nin efirindən yarışma keçiriləcək binanın inşaatı, viza, təhlükəsizlik, koordinasiya kimi məsələlərlə bağlı problemlərin olacağı ilə bağlı məsələlər qaldırılır, Bakıda aparılan inşaat işlərinin "Eurovision"un keçirilməsi maneçilik törədəcəyi bildirilir. BBC-nin Azərbaycanı tənqid edən materialları İngiltərənin nüfuzlu mətbuat orqanlarında da mütəmadi dərc olunur.

BBC-si ilə yanaşı "Eurovision-2012" Beynəlxalq Mahnı Müsabiqəsi ilə bağlı bəzi qərb mətbuatında, müxtəlif internet saytları, facebook, twitter və digər sosial şəbəkələrdə də ictimaiyyəti çaşdıran yanlış informasiyalar verilir.


Artıq BBC-nin bu kompaniyanın arxasında biznes maraqlarının durduğu bəlli olub. Belə ki, BBC-nin rəhbərliyi BŞİH-ə müraciət edərək, Bakının mərkəzində nəhəng tikinti layihəsinin həyata keçirməsi ilə bağlı istəyini bildirib. Ancaq BŞİH-i BBC-nin müraciətindən imtina edib. Bundan sonra BBC-nin Azərbaycana və \"Eurovision-2012\"yə qarşı kampaniyaya başlayıb.


BBC-nin bu hərəkəti Azərbaycanla yanaşı Avropa Yayım Birliyini (AYB) ciddi narahat edib. Qurum hesab edir ki, BBC-nın apardığı anti piar kompaniyası "Eurovision" qurumuna qarşı da böyük zərər vurur. Artıq Avropa Yayım Birliyi adından BBC-yə xəbərdarlıq etməyi qərara alıb.

Müsabiqənin təşkilati işlər üzrə rəhbəri Sietse Bekker isə bildirib ki, Eurovision Mahnı Müsabiqəsinin rəsmi səhifəsi adı altında fəaliyyət göstərən müxtəlif internet saytları və sosial şəbəkələrin bağlanması ilə bağlı müraciət edəcəklər. O qeyd edib ki, 2012-ci il ərzində 15-ə yaxın səhifənin fəaliyyətinin dayandırılması üçün də müraciət olunub.


"Eurovision 2012" birincilik əldə etmək tarixi qələbədir


Yerli ekspertlər isə hesab edir ki, Azərbaycanın bu mötəbər yarışmaya ev sahibliyi etməsi düşmənlərimizi qıcıqlandırır. Ermənistan lobbisi Azərbaycanın uğurunu həzm edə bilmir. Ona görə də Azərbaycana qarşı hər cür vasitələrə əl atır ki, Azərbaycanın adına xələl gəlsin.


Azərbaycanda isə təkcə Avropanın deyil, bütün dünyanın diqqət mərkəzində olan mötəbər musiqi yarışmasına ciddi hazırlıq işləri davam edir. 25 ölkənin birincilik uğrunda mübarizə apardığı "Eurovision 2012" nin ən yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlardan istifadə olunur. Tezliklə Bütün Avropa öz gözləri ilə ölkəmizin uğurlarına elə Azərbaycandanca şahid olacaq.


"Eurovision 2012"-nin ölkəmiz üçün nə demək olduğunu Prezident İlham Əliyev tam dəqiq xarakterizə edib: "Deyə bilərəm ki, bu müsabiqə dünyanın ən mötəbər mahnı müsabiqəsidir. Əlbəttə ki, bu, Avropa ölkələrini əhatə edir. Ancaq hesab edirəm ki, dünya miqyasında buna oxşar ikinci müsabiqə yoxdur. Tamaşaçı auditoriyası 100 milyondan artıq olan mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir... Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə