Sabahdan havanın mülayimləşəcəyi gözlənilir

Sabahdan havanın mülayimləşəcəyi gözlənilir

Artıq bugün axşama doğru Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin zəifləyəcəyi gözlənilir, havanın temperaturu bu gün gündüz saatlarında 0 dərəcəyə yaxın, axşama doğru isə 2 dərəcəyədək şaxta gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Baş hidroloq bildirib ki, ayın 21-dən etibarən Bakıda və Abşeron rayonunda hava şəraitinin mülayimləşəcəyi gözlənilir, mülayim şimal-qərb küləyi mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Onun sözlərinə görə, lakin fevralın 20-si gecə saatlarında Bakıda və Abşeron rayonunda hava şəraitinin şaxtalı keçəcəyi gözlənilir, temperatur gecə saatlarında 1-4 dərəcə şaxta, gündüz saatlarında isə 2-4 dərəcə isti olaacq. Sonrakı günlər ərzində Bakı və Abşeron rayonunda havalar əsasən yağmursuz olacaq, lakin fevralın 23-də yarmadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. Temperatur ayın 23-ü gündüz saatalrında 4-6 dərəcə ist gözlənilir.

Bölgələrdə də yaxın 3 gün ərzində əsasən yağmursuz hava şəraiti olacaq. Lakin ayın 23-də bəzi şimal və şərq rayonlarında az yağıntının olma ehtimalı var. Havanın temperaturu gündüz satlarında Aran rayonlarında 4-6 dərəcə isti, dağlıq rayonlarda isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti gözlənilir.

Bir sözlə fevralın 21-dən etibarən havaların mülayimləşməsi və temperaturların ötən günlərlə müqayisədə yüksəlməsi gözlənilir. İlkin proqrnozlara əsasən, yaxın günlər ərzində hava şəraitində kəskin dəyişiklik gözlənilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə