SOS köşklərinin quraşdırılması davam etdirilir

SOS köşklərinin quraşdırılması davam etdirilir

Bakı Metropoliteni İdarəsi metrostansiyalarında SOS informasiya köşklərinin quraşdırılması davam etdirir. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyevanın SİA-ya verdiyi məlumata görə, quraşdırılan köşklər sərnişinlərin ekstremal vəziyyətdə məlumatlandırılmasına xidmət edir: " Hazırda siqnal informasiya köşkləri bütün stansiyalarda quraşdırılır ki, bu da sərnişinlərin təhlükəsizliyi məqsədi daşıyır. Köşklərin informasiya bazası isə adıçəkilən idarənin stansiyaları üzrə məlumat-xəbərin daha tez çatdırılmasına xidmət edir. Artıq əksər stansiyalarda köşklər quraşdırılıb, alan stansiyalarda isə quraşdırılma davam edir".

Qeyd edək ki, oxşar sistem dünyanın əksər dövlətlərində qurulub.


Bütün xəbərlər Facebook səhifəmizdə