Gürcüstanın Bakıdakı səfirliyi qarşısında aksiya keçirilib- FOTOSESSİYA
Bu gün Gürcüstan vətəndaşı olan bir qrup gənc Gürcüstanın Bakıdakı səfirliyi qarşısında aksiya keçirib. SİA-nın verdiyi məlumata görə, dinc şəraitdə keçirilən aksiyada əsas məqsəd hazırda Gürcüstanda olan soydaşlarımızın qarşılaşdıqları problemlər, yüz illərlə tarixi olan Borçalı kəndlərinin adlarının 1991-1992-ci illərdə əsassız olaraq dəyişdirilməsi, həmçinin Qardabani və Qaraçöp rayonunda torpaq islahatı adı altında yerli əhalinin yeganə dolanışıq yeri olan əkin və otlaq təminatlı torpaqlarının icarə müddəti bitmədən əllərindən alınmasına qarşı etiraz səsini ucaltmaqdır. Elə bu səbəbdən də aksiya iştirakçıları "Adımız haqqımız, haqqımızı qaytarın!" şüarını seçiblər.
Bir saata kimi davam edən aksiya sonda tərtib edilən qətnamənin səfirliyə təqdim edilməsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB