Paytaxta yağış yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 15-dən 16-a keçən gecə az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam yenidən yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 5-9 dərəcə isti, axşama doğru müsbət 2 dərəcəyə yaxın olacağı gözlənilir. Azərbaycanın rayonlarına gəlincə, fevralın 16-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir. Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Gündüz əsasən yağmursuz keçəcəyi, lakin 16-da axşam, 17-də gecə yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi 16-da axşam, 17-də gecə arabir güclənəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə