“Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilir

“Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilir

Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən tədris mərkəzində "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Beynəlxalq Antikorrupsiya Akademiyası, Prezident Adminstrasiyası, Milli Məclis, Respublika Baş Prokurorluğu, Vergilər Nazirliyi və QHT nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan vergilər naziri Fazil Məmmədov qonaqları və tədbir iştrakçılarını salamlayaraq Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində aparılan işlərdən danışıb. Nazir bildirib ki, hazırda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Həmçinin o bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi ilə bağlı hökümət qarşısında yeni tələblər irəli sürüb. Onun sözlərinə görə, qarşıya qoyulmuş məsələlərin icrasını təmin etmək üçün korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanunu, bununla bağlı Dövlət Proqramı və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya qəbul edilib. Digər çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət tərəfindən korrupsiyaya qarşı həyata keçirilən tədbirlər, bu prosesdə beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti ilə aparılan işlər barəsində danışıb.

Beynəlxalq Antikorrupsiya Akademiyasının nümayəndə heyətinin rəhbəri Martin Kreutneri Azərbaycanda keçirilən konfransın əhəmiyyətini vurğulayaraq Beynəlxalq Antikorrupsiya hərəkatı barədə danışıb. Həmçinin korrupsiyanın cəmiyyətin inkişafına mane olduğunu, ciddi sosial, iqtisadi mənəvi hüquqi problemlər və vətəndaşlarda dövlət orqanlarına inamsızlıq yaratdığını bildirib.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev, Təhsil nazirinin müavini Qulu Novruzov və s çıxış edib. Konfransın sonunda korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınmasını birgə təşviq etmək və korrupsiyaya mübarizə sahəsində əməkdaşlığını inkişaf etdirmək məqsədi ilə Beynəlxalq Antikorrupsiya Akademiyası və Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında açıqlama memerandumu imzalancaq.



Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə