Ədliyyə naziri Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbərini qəbul edib
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, F.Məmmədov Azərbaycanda korrupsiya ilə qəti mübarizə aparıldığını, o cümlədən cəmiyyətdə dözümsüzlük mühitinin formalaşdırılması, hüquq-mühafizə orqanlarında qaynar xətlərin yaradılması və digər tədbirlər barədə məlumat verib.
F.Məmmədov həmçinin, korrupsiya ilə mübarizədə mühüm rolu olan hakimlərin obyektiv seçimindən danışaraq Azərbaycanın bu sahədə praktikasının Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi qiymətləndirildiyini və bu müsbət təcrübənin digər dövlətlərə tövsiyə edildiyini bildirib.
Martin Kreutner isə Azərbaycanda korrupsiya ilə mübarizə tədbirlərini təqdir edib, beynəlxalq antikorrupsiya fəaliyyətində ölkəmizin fəal əməkdaşlığını qeyd edərək, nüfuzlu təşkilatlar daxilində qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. M.Kreutner ötən il müxtəlif beynəlxalq konfranslar çərçivəsində keçirilən ikitərəfli görüşləri və əməkdaşlığa dair ilkin razılaşmaları qeyd edib, Azərbaycanın Beynəlxalq Antikorrupsiya Akademiyasının nizamnaməsinə qoşulmasının əhəmiyyətini vurğulayıb.
Görüşdə qarşılıqlı fəaliyyətin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Akademiya ilə birgə treninqlərin təşkilinə dair razılıq əldə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB