14 Fevral Sevgililər günü. Artıq bir neçə ildir, bizim öz sevgililər günümüz var. 14 fevrala bir az qərib baxırıq. Yadlaşdırırıq. Olsun istər 30 iyun, istərsə də bu gün. İkisini də eyni ad birləşdirir. Sevgi. Və bu gün bütün dünya Sevgi adlı günün ətrafına yığışıb. Tək duymaq istədiklər isə \"sevirəm\" sözüdür. Fərqi yoxdur, bu gün Valentinin adı ilə bağlayırlar ya da qeyri-kimsənin. Önəmli olan Sevgidir. Məncə bu gün həm də gül, hədiyyə bayramıdır. Gəlin etiraf edək ki, sevən cütlüklər bu tarixdə hədiyyə gözləyir. Simvolik bir hədiyyə. Sevginin təzahürü olmasa da insana xoş təsir bağışlayır. Elə paytaxtımızın gül dükanları, hədiyyə mağazaları da bu gün ürək açandır. Nazim adlı alıcı deyir ki, bu gün onun üçün özəl bir gündur: "Çünki mən hər il bu günü xanımıma gül alıram. Və ona demək istəyirəm ki, mən onu çox sevirəm və hər zaman da sadiq qalacam".
Mağazalarda isə qiymətlər müxtəlifdir. Qızıl gülü almaq üçün sevgililər 4-5 manatlarından keçməlidirlər. Yox əgər daha böyük buket əldə etmək istəyənlər o zaman 20 manatdan 50 manata kimi pul xərcləməli olacaqlar.
Sevən gənclər. Əllərində çiçəklər, ürəkləri çırpıntılı. Sevdiklərinə tələsir. Şəhəri belə sevən görmək çox maraqlıdır. Düzdür, paytaxt gənclərinin əksəriyyəti bu günü qəbul etməsələr də hər halda bu günün tarixini bilənlər çox idi.
365 günün cəmi bir gününə sevgililər günü deyirik. Əslində sevgi hər anımıza lazımdır. İnsanlara sevgi ilə baxmaq, hayatı sevmək, millətini torpağını, ananı, qadınını fərq etməz. Sevgi ilə bütünləşək ki, hər günümüz sevgililər günü olsun!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB