Oqtay Əsədov: “Biz bu həqiqətləri dünya parlamentlərinə, beynəlxalq təşkilatlara çatdırmaqda fəal olmalıyıq”

Oqtay Əsədov: “Biz bu həqiqətləri dünya parlamentlərinə, beynəlxalq təşkilatlara çatdırmaqda fəal olmalıyıq”

\"İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının yanvarın 26-27-də keçirilən konfransından bir neçə gün sonra Xocalı soyqırımının tanınması ilə bağlı Pakistan senatının qətnaməsi çıxdı. Bir neçə ay öncə isə Meksika Konqresi də Xocalı qətliamı ilə bağlı qətnamə qəbul edib. Bu bizi ona sövq edir ki, parlament, bütün deputatlar, eləcə də nümayəndə heyətlərinin rəhbərləri, dostluq qruplarının rəhbərləri bu işdə öz səylərini daha da artırmalıdırlar\".

SİA-nın xəbərinə görə, bu fikirləri Parlamentin spikeri Oqtay Əsədov Milli Məclisin bugünkü plenar iclasında səsləndirib. Millət vəkili Gövhər Baxşəliyevanın İndoneziyanın Palembanq şəhərində İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının 14-cü sessiyası və 7-ci konfransında iştirakı haqqında həmkarlarına verdiyi məlumata münasibət bildirən sədr qeyd edib ki, biz bu həqiqətləri dünya parlamentlərinə, beynəlxalq təşkilatlara çatdırmaqda fəal olmalıyıq.

Oqtay Əsədovonu da vurğulayıb ki, ötən illər ərzində parlamentin dəstəyi ilə 7-yə yaxın təşkilatda və digər ölkələrin parlamentlərində Qarabağla bağlı qətnamə qəbul edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə