İordaniyadakı səfirmiz ölkə parlamentinin Deputatlar Palatasının sədri ilə görüşüb
Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı İordaniya Parlamentinin Deputatlar Palatasının sədri Abdulkərim Duğmi ilə görüşüb. Azərbaycanın Haşimilər Krallığındakı Səfirliyindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-İordaniya parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri, qanunverici orqanların nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili, o cümlədən iki ölkənin parlamentləri arasında mövcud dostluq qruplarının fəaliyyətlərinin daha da aktivləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir E. Araslı münaqişənin tarixi, BMT Təhlükəsizlik Şurası başda olmaqla, digər beynəlxalq təşkilatların bu barədə qəbul etdikləri qətnamə və qərarlar haqqında məlumat verib, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından məsələnin bu günə qədər öz həllini tapmadığını A. Duğminin diqqətinə çatdırıb.
Azərbaycanı dost deyil, qardaş ölkə hesab etdiklərini söyləyən A. Duğmi ölkəsinin bu münaqişədə Azərbaycanın haqlı mövqeyini beynəlxalq miqyasda daim dəstəklədiyini, bundan sonra da qardaş Azərbaycanın yanında olacaqlarını birmənalı vurğulayıb.
Söhbət zamanı İordaniya Parlamentinin Deputatlar palatasının sədri A. Duğmi dəvət olunacağı təqdirdə yaxın vaxtlarda Azərbaycana səfər etmək arzusunda olduğunu da ifadə edib.
Səfir E. Araslı Xocalı faciəsinin 20-ci ildönümünün yaxınlaşması ilə əlaqədar olaraq Parlamentin Deputatlar palatasının sədri A. Duğmiyə faciəsi haqqında həqiqətləri əks etdirən toplu və İordaniyada Azərbaycan haqqında nəşr olunmuş kitabı təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB