Hərbiçilərimiz ABŞ və Böyük Britaniyada hərbi təlimlərdə iştirak edəcəklər

Hərbiçilərimiz ABŞ və Böyük Britaniyada hərbi təlimlərdə iştirak edəcəklər

Azərbaycan - ABŞ iş planına əsasən, fevralın 22-də ABŞ-ın San-Antonio şəhərində Rabitə zabitinin təməl kursu keçiriləcək. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, (27.02.-02.03.2012) Kadrların seçilməsi və onların idarə olunması üzrə ekspert görüşü (Köln, AFR) olacaq.

Azərbaycan – Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, 27 fevral – 23 mart tarixlərində Kiçik komandirlər üçün liderlik kursu (Vişkov, Çexiya) həyata keçiriləcək.

Bundan başqa, FTP-dən əlavə olaraq, fevralın 22-də NATO məktəbində keçirilən tədbirlərin planlaşdırıcıları mövzusunda seminar (Oberamerqau, Almaniya), Müttəfiq Əməliyyat Komandanlığının Bakıya OCC üzrə məsləhətçi səfəri (22-24.02.2012), Terror fəaliyyətlərinin təsirinin azaldılması istiqamətində böhranların effektiv idarə olunması (27.02.-02.03.2012 İstanbul) üzrə tədbirin keçirilməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə