Ermənistanda \"demokratiya\" - bir deputat 3 həmkarının yerinə səs verir

Ermənistanda \"demokratiya\" - bir deputat 3 həmkarının yerinə səs verir

Ermənistan parlamentinin iclasında yetəri say olmadığına baxmayaraq qurum bir sıra qanun layihələrinin qəbul olunması üçün kifayət qədər səs təmin edə bilib. SİA-nın "BBC" yə istinadən verdiyi xəbərə görə, müxalif Jaranqutyun (İrs) fraksiyasının üzvü Larisa Alaverdyan iclas zalında olan deputatların sayının səvermə tablosunda göstərilən rəqəmə uyğun olmadığını deyib.

Ermənistan parlamentinin hakim koalisiya təmsilçilərinin iclasda iştirak etməyən yoldaşlarının əvəzinə səs vermələri yenilik deyil. Lakin son iclas zamanı onların hər biri 2-3 qaib deputatın əvəzinə səsvermə düymələrini basıblar.

Millət vəkilləri jurnalistlərin bununla bağlı suallarına "elə şey ola bilməz" deyə, başqalarının əvəzinə səs verdiklərini qəti inkar edirlər. Lakin "AzatutyunTV" müxbirinin videosunda bu aydın görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə