Prezident İlham Əliyev Özbəkistanın ölkəmizdəki səfirini qəbul edib

Prezident İlham Əliyev Özbəkistanın ölkəmizdəki səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. SİA-nın verdiyi məlumata görə, Özbəkistan səfiri İsmətulla İrqaşev diplomatik fəaliyyətinin Azərbaycanda uğurla keçdiyini vurğulayıb.

İsmətulla İrqaşev səfirliyin fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlətimizin başçısı Azərbaycan ilə Özbəkistan arasında tarixən dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. İsmətulla İrqaşevin səfir kimi bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə