Millət vəkili: “Ağlı başında olan, sağlam düşüncəli bir insan bu açıqlamalara ancaq istehza ilə gülə bilər” - MÖVQE

Millət vəkili: “Ağlı başında olan, sağlam düşüncəli bir insan bu açıqlamalara ancaq istehza ilə gülə bilər” - MÖVQE

Hesab edirəm ki, müxalif qrupun heç bir reallıqla şərtləşməyən, Azərbaycanın bugünki həqiqətləri ilə uyuşmayan sərsəm açıqlamaları bir vətəndaş, ziyalı kimi məndə təəccüb doğurmaya bilməz. Bunu SİA-ya millət vəkili Jalə Əliyeva Müsavat Partiyasının rəhbəri İsa Qənbərin "Azadlıq" radiosuna verdiyi müsahibəyə münasibət bildirərkən söyləyib.

"Düşünürəm ki, Azərbaycanı ürəkdən sevən, ölkəsinə ürəkdən bağlı olan, dövlətinin bugünki inkişafını həqiqətən dəyərləndirən hər bir insan bu açıqlamalara öz iradını bildirir. Bu başqa cür mümkün ola da bilməz. Ağlı başında olan, sağlam düşüncəli bir insan bu açıqlamalara ancaq istehza ilə gülə bilər. Bundan başqa bir reaksiya gözləmək olmaz", - J.Əliyeva qeyd edib.


Millət vəkilinin sözlərinə görə, iflasa uğramış bir tərəfin durmadan özünə bəraət qazandırması, gündəmdə olması, xaricdən dividentlər qazanması üçün bu artıq kifayət edir: "Azərbaycan həm dünya, həm region ölkələri ilə balanslaşdırılmış bir siyasət həyata keçirir. Hesab edirəm ki, yetər, artıq kifayətdir. Hər hansı şəxsi maraqlar naminə Azərbaycan dövlətinə qarşı çirkab axıtmaqdansa, ümumi maraqlar naminə birləşib, xalqımızı, ölkəmizi narahat edən məsələlərdə bir yerdə olmağımız daha məqsədə uyğun olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə