Özbəkistanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Özbəkistanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Azərbaycan Xarici İşlər Naziri Nazir Elmar Məmmədyarov Özbəkistanın Azərbaycan Respublikasındakı səfiri İsmətulla İrqaşevi ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı İ.İrqaşev Azərbaycanda işlədiyi dövrdə Özbəkistanla Azərbaycan arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini qeyd edib və faydalı əməkdaşlığa görə Xarici İşlər Nazirliyinə minnətdarlıq bildirib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistanın prinsipial mövqe sərgilədiyinə görə Özbəkistan Hökumətinə öz təşəkkürünü bildirib.

Elmar Məmmədyarov İ.İrqaşevə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə