Qənirə Paşayeva: "Taksim Meydanında keçiriləcək yürüş-mitinqində "Xocalıya ədalət" tələbi ilə dünyaya səslənəcəyik" - AÇIQLAMA

Qənirə Paşayeva: "Taksim Meydanında keçiriləcək yürüş-mitinqində "Xocalıya ədalət" tələbi ilə dünyaya səslənəcəyik" - AÇIQLAMA

Millət vəkili Qənirə Paşayeva Türkiyənin TRT Avaz və TRT Haber kanalında çıxışış edərək Xocalı Soyqırımı, bu soyqırımın tanınması istiqamətində görülən və görülməsi planlaşdırılan işlər, İstanbulda keçirilməsi nəzərdə tutulan "Hamımız Xocalılıyıq, Hamımız Qarabağlıyıq!" mitinq- yürüşü və bu istiqamətdə bir sıra məsələlərlə bağlı fikirlərini bölüşüb. SİA-nın verdiyi məlumata görə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.

Millət vəkili bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi bütün Türk dünyasının problemidir, - Q.Paşayeva belə deyib.

Millət vəkili Qənirə Paşayeva hər kəsi Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı qətliamının 20 illiyi münasibəti ilə İstanbulun mərkəzi Taksim meydanında 26 fevral saat 14.00-da keçiriləcək mitinq-yürüşdə iştirak etməyə çağırıb. O bildirib ki, bu mitinq-yürüşün məqsədi Xocalıya ədalət tələb etmək və beynəlxalq ictiamiyyətin diqqətini cəlb etməkdir.

Millət vəkili Qənirə Paşayeva TRT AVAZ-ın canlı efirində Türkiyədəki bacı-qardaşlarımıza da müraciət edərək deyib: "Biz inanırıq ki, bizim bacı-qardaşlarımız fevralın (Şubatın) 26-da saat 14.00 da İstanbulda, Taksim Meydanında keçiriləcək "Kalbimizde Hocalı, Hamımız Karabağlıyız" yürüş-mitinqində iştirak edəcək və biz iki qardaş olaraq birlikdə bütün dünyanın diqqətini bir daha Xocalı Soyqırımına yönəldərək, birlikdə "Xocalıya ədalət" tələbi ilə dünyaya səslənəcəyik. Gerçək Soyqırımı kimlərin yaptığını artıq görün! deyə".


Bütün xəbərlər Facebook səhifəmizdə