Fevralın 13-dən 14-nə keçən gecə Bakı və Abşeron yarımadasının bəzi yerlərində az yağıntı olacaq, səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. SİA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.
Qurumdan bildirildi ki, fevralın 14-dən 16-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi və normadan aşağı düşməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB