Zahid Oruc: “Bunların şüurlarında hələ də özlərinin qəhrəman obrazı qalır” - MÜNASİBƏT
Azərbaycan Prezidenti İlham Əliyev ötən dövr ərzində ölkəmizin sosial-iqtisadi, siyasi və beynəlxalq həyatını müəyyənləşdirən və ən parlaq lider kimi fəaliyyət göstərən xarezmatik bir şəxsiyyətdir. Onun demokratik obrazı, dünya dövlətləri ilə təmasları da sübut etdi ki, Azərbaycanın bugünki və sabahkı həyatında İlham Əliyev milli mənafeylərimizə söykənən, ən mühüm fəaliyyət aparan liderdir. Bunu SİA-ya açıqlamasında Millət vəkili Zahid Oruc Müsavat Partiyasının rəhbəri İsa Qənbərin "Azadlıq" radisouna verdiyi müsahibəyə münasibət bildirərkən deyib.
Millət vəkil: "Bütün bu gerçəkliklərə göz yumaraq 1990-cı illərin mübarizə metodları ilə, sadəcə, ayrı-ayrı efirlərdə və media çevrəsində özlərinin mövcudluğunu nümayiş etdirmək və bu vasitə ilə də cəmiyyətə təsir göstərmək qeyri-real görünür. O, dövrlər artıq ötüb keçib. Bunların şüurlarında hələ də özlərinin qəhrəman obrazı qalıb. Sözün həqqi mənasında bunlar yalnız Azərbaycanda hakimiyyətə qarşı fəaliyyətdə mövcuddurlar. Onların başqa şəkildə heç bir fəaliyyəti yoxdur", deyə Z.Oruc bildirib.
Millət vəkili hər hansı bir şəxsin partiya rəhbərinin belə bir çağırışda olmasını heç bir ictimai-siyasi həyat üçün xüsusi hadisə sayılmadığını bildirib: "Çünki kadrların ratasiyasını aparmaq, yaxşı komanda formalaşdırmaq, onlara dəyişikliklər etmək, müxtəlif islahatlara getmək, beynəlxalq əlaqələr qurmaq böyük liderlik gücü tələb edir. Bu kimi insanların heç birində bu mövcud deyil. Onların sadəcə, rəhbərçiliyini saxlayan onların adları, yəni rəsmi statuslarıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB