Azərbaycan Xarici İşlər Nazirliyi İranın notasına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi İranın notasına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin Tehrandakı səfirinin İran XİN-ə çağırılaraq ona nota təqdim olunmasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev SİA-ya bildirib ki, notada Azərbaycanın İranın nüvə alimlərinin qətlində əli olan terrorçuların ölkəyə gəliş-gedişinə şərait yaratdığı barədə iddiası həqiqətə uyğun deyil və iftiradır: \"Azərbaycan özü erməni terrorundan əziyyət çəkən ölkədir\".

E. Abdullayev İran XİN-in notasını bir müddət əvvəl rəsmi Bakının İran tərəfinə göndərdiyi notaya cavab kimi qiymətləndirib. O, mövcud durumu İranla münasibətlərdə neqativ bir məqam kimi dəyərləndirsə də Bakının İranla mehriban qonşuluq əlaqələrinə tərəfdar olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə