Azərbaycan Respublikasının İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov fevralın 12-də bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. SİA-nın İRNA-ya istinadən məlumatına görə, görüşdə səfirə İran tərəfinin etiraz notası təqdim olunub. Etiraz notasında Azərbaycanda İsrailin kəşfiyyat xidməti olan MOSSAD təşkilatına ölkə ərazisində İranın əleyhinə fəaliyyət göstərməsinə, İranın nüvə alimlərini qətlində əli olan terrorçuların bu ölkəyə azad şəkildə gediş-gəlişlərinə şərait yaratdığı və İranın yük maşınlarına yaradılan problemin aradan qaldırılması və.s kimi digər məsələlər qeyd olunaraq rəsmi Bakıdan bu cür addımlara son qoyulması tələb olunub.
C. Axundov öz növbəsində İran tərəfinin etirazını Azərbaycan rəsmilərinin diqqətinə çatdıracağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB