Bakı 2020-ci il Olimpiya Oyunlarını keçirmək üçün hazırlanan kitabın təqdimatı keçiriləcək
Bakı 2020-ci il Olimpiya Oyunlarını keçirmək üçün hazırlanan "Sifariş kitabı"nın fevralın 13-də Azərbaycanın Milli Olimpiya Komitəsində təqdimatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, "Sifariş kitabı"nda tək idman haqqında deyil, ölkənin ümumi iqtisadi, ekoloji durumu barədə də məlumatlar veriləcək.
Kitabın təqdimetmə mərasimi fevralın 14-dək İsveçrənin Lozanna şəhərində digər namizəd şəhərlərlə birgə Beynəlxalq Olimpiya Komitəsində (BOK) baş tutacaq. BOK tərəfindən məlumatlar 2 ay müddətində dəyərləndirilərək Azərbaycanın durumu ilə bağlı açıqlama veriləcək.
Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı, Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər. İlk təqdimat 2012-ci ilin fevral ayında baş tutmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB