\"Eurovision- 2012\" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyən olunacağı Milli Final gecəsi başladı. SİA-nın məlumatına görə, Heydər Əliyev Sarayında Milli Final gecəsinin açılışı olub. Açılış mərasimi 57 illik Eurovision Mahnı Müsabiqəsinin tarixini, eləcə də Azərbaycanın təmsil olunduğu və əldə etdiyi yüksək nəticələri nümayiş etdirən 4 illik təmsilçiliyindən danışılan videoçarxla başlayıb. Tədbirin aparıcıları Hüsniyyə Məhərrəmova, Leyla Əliyeva və Kamran Quliyev olub.
Finalçılar Orxan Kərimli, Elton İbrahimov, Arzu İsmayılova, Fəqan Səfərov, Səbinə Babayevadır.
Adıçəkilən iştirakçılar ilk olaraq Azərbaycan dilində mahnılar ifa ediblər.
Beş namizəddən hansı təmsilçilik hüququ qazanacaq? Bu, bir neçə saatdan sonra bəlli olacaq.
Münsiflər heyətinin rəyi əsasında 5 finalçı arasından qalib seçiləcək.
Qeyd edək ki, final gecəsi İctimai Televiziya və eurovision.az saytı vasitəsi ilə canlı yayımlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB