Fuad Muradov: \"Azərbaycan tərəfi qondarma qanunun ləğv olunması üçün işlərini davam etdirir\" - MÜNASİBƏT

Fuad Muradov: \"Azərbaycan tərəfi qondarma qanunun ləğv olunması üçün işlərini davam etdirir\" - MÜNASİBƏT
\"Fransa-Azərbaycan dostluq qrupunun üzvlərinin soyqırımların inkarının kriminallaşdırılmasına qarşı sərt çıxış edən senatorlar arasında olmaları təqdirəlayiq haldır\". SİA-nın xəbərinə görə, bunu Azərbaycan – Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Fuad Muradov deyib.


F.Muradov bildirib ki, fransız senatorların Azərbaycana gəlməsi rəsmi Bakının öz mövqeyini bilavasitə onların diqqətinə çatdırması üçün imkan yaratdı.


Millət vəkilinin sözlərinə görə, regionda yaranan real vəziyyət fransız parlamentarilərin diqqətinə çatdırılıb: \"Azərbaycana gələn fransalı senatorlar kifayət qədər açıq şəkildə bəyan etdilər ki, qondarma erməni soyqırımı inkarının kriminallaşdırılmasına dair qanun hər şeydən əvvəl Fransanın özünə ziyandır. Bununla yanaşı, senatorlar bu mövqeyi qanun layihəsi hələ Fransa Senatında müzakirə olunan zaman, həmçinin öz ölkələrinin mətbuatına açıqlamalarında da ifadə ediblər. Azərbaycan tərəfi sənədin ləğv olunması üçün işlərini davam etdirir. Bütövlükdə götürsək, hesab edirəm ki, fransız senatorların ölkəmizə səfəri faydalı oldu və müsbət nəticələr verəcək\".

Bütün xəbərlər Facebook səhifəmizdə