Fəzail Ağamalı: “Fransa vasitəçi kimi ATƏT-in Minsk qrupundan uzaqlaşdırılmalıdır” - MÜNASİBƏT
Fransa Senatında qəbul olunmuş uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbulundan sonra Azərbaycan və Türkiyə dövləti birgə fəaliyyət istiqamətini bundan sonra da davam etdirməlidir. Bunu SİA-ya açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.
Millət vəkili hesab edib ki: "Biz öz fəaliyyətimizi bərabər və birgə şəkildə qurmalıyıq. Belə ki, konturları dəqiqləşdirib Fransaya qarşı uyğun addımlar atmalıyıq. Bu sırada Fransanın Azərbaycanda fəaliyyət göstərən biznesinə də müəyyən qadağa və məhdudiyyətlər qoyula bilər. Bu Fransaya qarşı tətbiq ediləcək ümumi proqramın tərkib hissələrindən biri ola bilər. Hesab edirəm ki, Konstitusiya Məhkəməsinin qərarından çox şey asılıdır".
ATƏT-in Minsk qrupunundan Fransalı həmsədrin çıxarılması məsələsinə də münasibət bildirən F.Ağamalı deyib ki, bu birmənalı şəkildə öz həllini tapmalıdır: "Hesab edirəm ki, məlum qərardan sonra Fransa prezidenti Nikolay Sarkozi açıq-aşkar şəkildə Ermənistanın yanında olduğunu bir daha ortaya qoydu. Məhz buna görə də Fransa vasitəçi kimi ATƏT-in Minsk qrupundan uzaqlaşdırılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB