Ermənilər atəşkəsi yenidən pozdu

Ermənilər atəşkəsi yenidən pozdu

Ermənistan Ordusunun bölmələri fevralın 10-da saat 17.50-dən 18.00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18.15-dən 18.20-dək Ağdam rayonunun Şurabad kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.40-dan 20.48-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.30-dan 22.40-dək və fevralın 11-də 04.45-dən 04.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


Bütün xəbərlər Facebook səhifəmizdə