Paytaxtda yenidən çovğun olacaq

Bakıda və Abşeron yarımadasında güclü küləkli, şaxtalı və covğunlu hava şəraitinin davam edəcəyi, fasilələrlə az qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturunun gecə və səhər 3-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarına gəlincə, fevralın 11-də fasilələrlə qar yağacağı, gecə və səhər bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 15-20 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Fevralın 11-də gecə və səhər şaxtalı, güclü küləkli, covğunlu hava şəraiti davam edəcək, fasilələrlə az qar yağacağı gözlənilir.


Bütün xəbərlər Facebook səhifəmizdə