İran İslam inqilabının 33-cü ildönümü münasibətlə bu gün "Gülüstan" sarayında tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən İranın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bagir Bəhrami İran inqilabından sonra ölkədə böyük nailiyyətlərin əldə olunmasından, elm, iqtisadiyyat, texnologiya, səhiyyə və həyati əhəmiyyəti olan digər nailiyyətlərdən danışıb. Səfir İran Azərbaycan dostluq münasibətlərinə toxunaraq bildirib ki, bu illər ərzində cəmiyyətlər arası inteqrasiya istiqamətində müsbət addımlar atılıb və atılmaqdadır. O bildirib ki, İran ilk günlərdən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyıb, dəstəkləyib və dəstəkləyəcək. Səfir qeyd edib ki, ölkələrimiz arasında münasibətlərin daha yaxşı olması istiqamətində hər iki prezident, həm İlham Əliyev, həm de Mahmud Əhmədinejat ciddi səy göstərirlər. Tədbirdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çıxış edərək Azərbaycan prezidenti İlham Əliyevin təbrikini çatdırıb. İki ölkə arasında olan mövcud vəziyyətə işarə vuraraq Azərbaycan və İran xalqlarının din, dil, tarix və mədəniyyət baxımından bir-birinə yaxın xalqlar olduğunu bildirib. Səfərov ölkələrimizin dostluq və səmimi şəraitdə inkişaf etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB