Eymon Qilmor: “Uzadılmış münaqişələrin həlli mənim ATƏT sədri olaraq qarşıma qoyduğum ən vacib məqsəddir”
"Uzadılmış münaqişələrin həlli mənim ATƏT sədri olaraq qarşıma qoyduğum ən vacib məqsəddir". SİA-nın xəbərinə görə, bunu "BBC"-yə müsahibəsində Birləşmiş Ştatlarda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiya baş nazirinin müavini, xarici işlər və ticarət naziri Eymon Qilmor deyib. O, konkret olaraq Dağlıq Qarabağdan bəhs edərkən Minsk Qrupunun fəaliyyətini dəstəkləməklə yanaşı, sülh prosesinin şəxsi diqqətində saxlayacağını bildirib: "Bizim məqsədimiz ATƏT ərazisində münaqişələrin uzunmüddətli həlli işində öz təcrübəmizi sınaqdan keçirməkdir. Şəxsən mən, sədr olaraq bu məqsədə nail olmaq üçün əlimdən gələni edəcəyəm".
Sədr həmçinin əlavə edib ki, bu ilin aprel ayında Dublində məsələni maraqlı tərəflərlə müzakirə etmək niyyətindədir: "İlk dəfə ATƏT-ə sədrlik edən İrlandiya donmuş münaqişələrin həllində Şimali İrlandiya təcrübəsinin sınaqdan keçirilməsini təklif edir. Bizim məqsədimiz ATƏT ərazisində münaqişələrin uzunmüddətli həlli işində öz təcrübəmizi sınaqdan keçirməkdir. Ümid edirəm, xüsusilə Dağlıq Qarabağa münaqişəsinə yanaşmada sözügedən təcrübə yardımçı olacaq. Dağlıq Qarabağdan bəhs edərkən, Birləşmiş Ştatların Minsk Qrupunda həmsədri olan səfir Robert Bradtke ilə yaxından işləyəcəyəm. ATƏT münaqişələrin həlli, təhlükəsizlik və insan haqlarına hörmət və qanunun aliliyi məqsədlərinə nail olunmasında ən yaxşı vasitə olaraq qalır və bu yolda əhəmiyyətli rol oynamaqda davam edəcək".
Azərbaycana nə zaman səfər edəcəyi barədə suala cavab olaraq Eymon Qilmor vurğulayıb ki, belə bir planı var və onu qarşıdakı iki ay ərzində reallaşdıra biləcəyinə ümid edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB