Xəzər dənizinin Nabran ərazisindəki hissəsi donub

Xəzər dənizinin Nabran ərazisindəki hissəsi donub

Həmişə mavi suları ilə diqqəti cəlb edən Xəzər dənizinin Nabran ərazisindəki hissəsi donub.

SİA-nın Şimal bürosunun xüsusi müxbirinin verdiyi xəbərə görə, Xaçmazın Seyidli və Nabran yaşayış məntəqələri ərazisində olan Xəzər dənizinin çox hissəsi ağ rəngə bürünüb.

Qeyd edək ki, son günlər 15 dərəcəyə qədər şaxtanın olması dənizin bu hissəsini dondurub. Xəzərin donması isə nadir hadisə kimi qarşılanır. Yaşlı sakinlərin dediklərinə əsasən dənizin bu hissəsi sonuncu dəfə 1971-ci ildə belə donub.

Məlumat üçün bildirək ki, üzü şimala getdikcə Xəzər dənizinin daha çox donduğu müşahidə edilir. Dənizdəki buz qatının qalınlığı isə təxminən 1 m-dən 2 metrə qədər çatır. Həmçinin dənizin ortasından donmuş buz layının paytaxt istiqamətinə doğru enli bir xətt kimi uzandığı da aydın görünür.


Emin Kərimov



Bütün xəbərlər Facebook səhifəmizdə