Dövlət Sərhəd Xidməti 6 kiloqramdan çox narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısını alıb

Dövlət Sərhəd Xidməti 6 kiloqramdan çox narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısını alıb

Dövlət Sərhəd Xidməti (DSX) cari ilin yanvar ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəni uğurla davam etdirib. DSX-dan SİA-ya verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 35 nəfər saxlanılıb. Sərhəd nəzarət məntəqələrində 28 nəfər saxta sənədlə, 2 nəfər gizli şəkildə dövlət sərhədindən keçməyə cəhd edərkən yaxalanıb. Sərhəd zastavalarının xidməti ərazilərində 5 nəfərin dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 145 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 6 kiloqram 137,7 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 252 min 721 manat olan qaçaqmal, o cümlədən 3 tapança, 3 daraq, 127 ədəd 9 mm-lik, 75 ədəd 16 mm-lik, 7 ədəd 7,55 mm-lik, 1 ədəd 7,62 mm-lik patron, 2 kabura, 5 maska, 2 gecəgörmə cihazı, 2 gözyaşardıcı qaz balonu, 2 videokamera, 1 fotoaparat, 2 radiostansiya, 7 bıçaq, 1 notbuk, 8107 dollar ABŞ valyutası, 525 avro, 217 manat Azərbaycan pulu, 1573 qutu siqaret, 159 mobil telefon, müxtəlif növ spirtli içkilər, ərzaq, sənaye və kənd təsərrüfatı malları götürülüb. Respublikamızın dəniz sərhədlərinin mühafizəsi və sərhəd rejim qaydalarının qorunması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 13 nəfər sahilboyu rejim qaydalarını pozduğuna görə saxlanılıb. Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə