Türkiyə Xarici işlər Naziri Əhməd Davudoğlu Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəe edib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, nazir burada ABŞ Konqresində reallaşan görüşlərdə iştirak edəcək daha sonra Strateji və Beynəlxalq Əməkdaşlıq Mərkəzinin (SBƏM) qurultayında çıxış edəcək. Bununla belə Davudoğlu Türk-Amerika Birliyinin (TAB) konfransına qatılacaq və Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Vəqfinin Vaşinqton bürosuna (SETƏ DC) baş çəkəcək. Fevralın 13-də isə o, ABŞ-ın Xarici işlər naziri Hillari Klinton, ABŞ-nın Müdafiə naziri Leon Panetta və ölkə prezidenti Barak Obamanın Milli Təhlükəsizlik Məsləhətçisi Tomas Donilon ilə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB