Prezident İlham Əliyev xarici nümayəndəliklərin mühafizəsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev xarici nümayəndəliklərin mühafizəsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin mühafizəsinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.


Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə üç ay müddətində respublikamızın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən mühafizə olunmasına dair təkliflərini və mühafizəsi zəruri hesab edilən diplomatik nümayəndəliklərin siyahısını hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə