Ötən gün axşam saatlarından Bərdə və Ağdam rayonlarına qar yağmağa başlayıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Aran, Qarabağ bölgələrdə havanın temperaturun aşağı düşüb, avtomobil yolları buz bağlayıb. Şaxtalı hava yolların buz bağlamasına səbəb olduğundan mərkəzi küçələrdə və magistral yollarda avtomobillərin hərəkəti çətinləşib. Avtomobillərin hərəkətini tənzimləmək üçün yol polisləri gücləndirilmiş iş rejiminə keçib. Avto qəzaların qarşısını almaq üçün polis yollarda hərəkəti bərpa edir.Yollarda yaranmış çətinliyi aradan qaldırmaq üçün yol istismar idarəsinin əməkdaşları yola duz və qum qarışığı səpib.
Qeyd edək ki, günün ikinci yarısı yollarda hərəkət az da olsa bəra edilib.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB