Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Brüsselə gedib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir E.Məmmədyarov fevralın 9-da Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının (EPP) konfransında iştirak edəcək. E.Məmmədyarov konfransda məruzə edəcək və nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB