Azərbaycan nümayəndə heyəti Nyu Yorka səfər edib

Azərbaycan nümayəndə heyəti Nyu Yorka səfər edib

2012-ci ilin 30 yanvar-3 fevral tarixlərində Azərbaycan nümayəndə heyəti Nyu Yorka səfər edib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən ibarət idi.

Səfərin məqsədi regionda informasiya və kommunikasiya infrastrukturunun inkişafına yönəldilmiş "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinin həyata keçirilməsi istiqamətində görülmüş işlər haqqında məlumatlandırmanı artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının üzv dövlətləri ilə ikitərəfli məsləhətləşmələr keçirmək idi.

Qeyd edilməlidir ki, 2009-cu ildə ölkəmizin təşəbbüsü ilə TASİM layihəsi üzrə BMT Baş Assambleyasında irəli sürülmüş qətnamə layihəsi yekdilliklə qəbul edilmiş və qətnaməyə əsasən Azərbaycan Respublikası Hökumətinə layihənin həyata keçirilməsi üzrə regional səviyyədə səylərin əlaqələndirilməsi tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə