Hava şəraitinin kəskin pisləşməsi qatarların hərəkətinə mənfi təsir göstərməyib. SİA-nın "Azərbaycan Dəmir Yolları" QSC-in mətbuat xidmətə istinadən verdiyi məlumata görə, bütün beynəlxalq və ölkədaxili reyslər üzrə qatarlar cədvələ uyğun olaraq hərəkət edir.
Qurumdan bildirildi ki, sərnişinlərin təhlükəsizliyinin təmin etmək məqsədi ilə qatarların sürət həddi az olduğundan mənzil başına bir az gecikmə ilə çatır. Ancaq qatarlar cədvəl üzrə yola çıxırlar. Hazırda Ağstafa, Qazax, Balakən və Tbilisidən gələn qatarları gözləyirik. Sankt-Peterburq, Tümen və Astaradan gələn qatarlar isə artıq Bakıya çatıb.
Qurumdan o da bildirildi ki, avtomobil yollarının buz bağlaması səbəbindən bu günlərdə dəmir yolu nəqliyyatında tələbat artıb. Buna görə də qatarlara, əlavə vaqonlar qoşulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB