Qaradağda soyğunçuluqda şübhəli bilinən şəxslər tutulub

Qaradağda soyğunçuluqda şübhəli bilinən şəxslər tutulub

Bakının Qaradağ rayonunda soyğunçuluqda şübhəli bilinən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Sahil qəsəbəsində yerləşən parkda naməlum şəxslər Bəxtiyar Bəhramzadəni döyərək, pulunu alıb qaçıblar. Qaradağ rayon Polis İdarəsinin apardığı araşdırma nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elmir Abdullayev, Taleh Orucəliyev və Həsən Kərimli tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə