“Azəriqaz”: Qarlı və çovğunlu havalarda istehlakçıların təbii qazla təminatında heç bir problem yoxdur
Qarlı və çovğunlu havalarda istehlakçıların qazla təminatı və qazın yerlərə çatdırılmasında heç bir problem yoxdur. Bunu SİA-ya açıqlamasında \"Azəriqaz\" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı deyib. O bildirib ki, maksimum dərəcədə təbii qaz nəql edilir və əhalinin təbii qaza olan təlabatı tam ödənilir. O bildirib ki, bu rəqəm təxminən sutkada 27 milyon kubmetrdir ki, soyuq havalarda qurumun tarixində belə bir rəqəm olmayıb. K.Eyvazlının sözlərinə görə, 27 milyon kubmetr qazın 15,5 milyonu Bakı şəhərinə, qalanı isə regionlara nəql olunur.
"Son günlərdə ölkədə müşahidə olunan soyuq havalarla bağlı ciddi problemlərlə üzləşməmişik. Yerlərdən qazın təzyiqi ilə bağlı müəyyən zənglər olsa da biz çalışırıq ki, bunları dərhal həll edək. "Azəriqaz" İstehsalat Birliyi 24 saat ərzində gücləndirilmiş iş rejimində çalışır. Əgər hər hansı bir problem olarsa, abonentlər "185" nömrəli Qaynar Xəttə müraciət edə bilərlər", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB