Şaxtalı hava bir neçə gündə davam edəcək

Şaxtalı hava bir neçə gündə davam edəcək

Son bir həftədə ölkə ərazisində qeyri-sabit gecən hava şəraiti bu gün daha da kəskinləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentdən SİA-ya verilən məlumatına görə, havanın temperaturu Bakı və Abşeron yarımadasında hazırda 3-5 dərəcə şaxta təşkil edir. Güclü şimal-qərb küləyi əsir. Qurumdan bildirildi ki, gün ərzində arabir qar yağacaq, çovğun olacaq.

Kəskin hava şəraitinin ayın 9-da davam edəcəyi proqnozlaşdırılır. Hidrometeoroloqların proqnozuna görə, sabah da hava şəraiti qarlı, şaxtalı olacaq, şimal-qərb küləyinin güclənəcək, çovğun olacaq.

Havanın minimal temperaturunun 6-10 dərəcə şaxta, gündüz 3-5 dərəcə şaxta təşkil edəcəyi gözlənilir.


Yollar buz bağlayacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə