Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Almaniya Federativ Respublikasında işgüzar səfərdədir. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, X.Xələfov səfəri çərçivəsində fevral ayının 6-da Federal Xarici İşlər Nazirliyində Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndə, xüsusi tapşırıqlar üzrə səfir xanım Patrisiya Florla görüşüb. Görüşdə ikitərəfli siyasi və iqtisadi münasibətlər, o cümlədən enerji sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb. Avropa İttifaqı ilə Respublikamız arasında əməkdaşlığın inkişafı da müzakirə mövzusu olub.
X.Xələfov görüş zamanı Almaniya rəsmisinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə təcavüzünün ağır nəticələri və siyasi danışıqların hazırkı vəziyyəti barədə məlumat verilib.
Tərəflər hər iki xarici siyasət idarələri arasında ənənəvi siyasi məsləhətləşmələrin növbəti raundunun 2012-ci il ərzində Bakıda keçirilməsi barədə razılığa gəliblər.
Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB