Prezident İlham Əliyev Albaniyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Albaniyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev fevralın 7-də Albaniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Altin Kodranın etimadnaməsini qəbul edib. SİA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Albaniya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və enerji sahələrində inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib, səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində, Azərbaycanla Albaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, siyasi və digər sahələrdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirən səfir Altin Kodra bunun üçün səylərini əsirgəməyəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə