Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev fevralın 7-də İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonun etimadnaməsini qəbul edib.
SİA-nın məlumatına görə, Azərbaycanla İndoneziya arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı ölkələrin beynəlxalq təşkilatlarda bir-birinə daim qarşılıqlı dəstək vermələrinin önəmini qeyd edib.
Azərbaycanın İndoneziyada bir neçə il əvvəl səfirliyinin fəaliyyətə başladığını vurğulayan prezident İlham Əliyev İndoneziyanın Bakıda səfirliyinin açılmasını əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyini deyib. Dövlət başçısı Azərbaycanla İndoneziya arasında əlaqələrin iqtisadi, investisiya qoyuluşu, birgə layihələr və ticarət sahələrində inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Raden Prayono Atiyantonun İndoneziyanın ilk səfiri kimi Azərbaycanda diplomatik fəaliyyətə başlamasının önəmini qeyd edən prezident ona uğurlar arzulayıb.
Öz növbəsində, səfir ölkəsinin Azərbaycanla dostluğu və əməkdaşlığı genişləndirməyə maraqlı olduğunu deyib. Ölkələr arasında siyasi əlaqələrin səviyyəsinin razılıq doğurduğunu vurğulayan diplomat iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün İndoneziya prezidentindən xüsusi tapşırıq aldığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB