Prezident İlham Əliyev Çinin Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Çinin Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev fevralın 7-də Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinin etimadnaməsini qəbul edib. SİA-nın məlumatına görə, ölkələr arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayan prezident İ. Əliyev dövlətlərarası əlaqələrin səviyyəsindən məmnunluğunu bildirib.

Dövlət başçısı iqtisadi və investisiya qoyuluşu sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib. Prezident Azərbaycanla Çinin dost və tərəfdaş ölkələr kimi regional məsələlərdə, o cümlədən dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işində bundan sonra da fəal əməkdaşlıq edəcəklərinə ümidvar olduğunu bildirib, səfirə fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində, X. Tsyuin bildirib ki, ölkəsi prezident İ. Əliyevin rəhbərliyi ilə cəmiyyətdə sabitliyin bərqərar olunması və iqtisadiyyatın sürətli inkişafı ilə bağlı Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə