Mübariz Əhmədoğlu: “Soçi görüşü ermənilərin Dağlıq Qarabağla bağlı iddasının iflasına səbəb oldu”
"Prezidentlərin Soçidəki görüşü zamanı verilən bəyanat ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı ilə təzad sayıla bilər". SİA-nın xəbərinə görə, bu sözləri Siyası İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bildirb. Politoloq qeyd edib ki, həmsədrlərin bəyanatında münaqişənin sülh yolu ilə həlli prinsipi yer alırdısa, Soçi bəyanatında bu məsələ sadəcə həll olaraq səsləndirlib: \"Baxmayaraq ki, ermənilər bu fikrləri çox tez-tez səsləndirirdilər, Soçi sənədində snayperlərin geri çəkiməsi ilə bağlı heç bir fikir yer almır. Ona görə, də Ermənistan tərəfi ciddi təşvişə düşüb\".
M. Əhmədoğlu düşünür ki, Rusiya rəhbərliyinə arxayın olaraq bu görüşə razılıq verən Ermənistan rəhbərliyi görüşdən olduqca məyus olub.
Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünə gəlincə isə M. Əhmədoğlu vurğulayıb ki, baxmayaraq ki, bu görüşü erməni tərəfi xahiş etmişdi, lakin bunun reallaşmamasının səbəbi də elə özləridir. \"Bu isə onu deməyə əsas verir ki, ermənilər yaxşı başa düşür ki, əgər icmaların görüşü reallaşarsa, o zaman Ermənistan tərəfi münaqişənin dinc yolla həlli məsələsinə razı olmuş olur. Gözlənilən vaxt ərzində Ermənistan tərəfi bu görüşə razılıq verib, görüşün keçirilməsi istiqamətində danışıqlara başlamazsa, Ermənistanın pis niyyətli olması bütün dünyaya bəlli olacaq\",- deyə politoloq fikirlərini yekunlaşdırıb.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB