Bakıda və Abşeron yarmadasında isə fevralın 8-də hava şəraitinin kəskinləşəcəyi, şaxtalı olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi, qar yağacağı gözlənilir. Bunu SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib: "Havanın temperaturu gecə 6-10 dərəcə şaxta, gündüz 3-5 dərəcə şaxta olacaq. Bu hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq. Fevralın 9-da isə Bakıda və Abşeron yarmadasında gündüz yağıntılarda fasilələr yaranacaq, şimal-qərb küləyi gündüz saatlarında mülayimləşəcək. Havanın temperaturu gecə 6-10 dərəcə şaxta, gündüz isə temperatur bir qədər yüksələrək, 0-3 dərəcə şaxta olacaq.
Azərbaycanın bölgələrinə gəlincə, baş hidroloq bildirdi ki, sabah Azərbaycanın bölgələrində qar yağacaq, bəzi yerlərdə isə intensiv olacaq. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 4-8 dərəcə şaxta, gündüz 0, -4 dərəcə, dağlarda isə gecə 13-18, gündüz saatlarında 5-10 dərəcə şaxta olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB