Mübariz Əhmədoğlu: “Artıq İranın idarəçiliyi tam olaraq Əhmədinejatın əlinə keçib”
"Rəsmi Tehranın atdığı addımlar, verdiyi bəyanatlar İranı müharibəyə doğru sürükləyir". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransı zamanı səsləndirib. O, bildirib ki, İrana qarşı Qərbin kəskin mövqeyi artıq geri dönülməz həddə çatıb. Politoloqun sözlərinə görə, İranın Hörmüzdə həyata keçirdiyi hərbi təlimi Qərbi olduqca qıcıqlandırıb. Baxmayaraq ki, istənilən halda İran güclü tərəfdir, lakin yenə də Qərb istədiyinə nail olmağa çalışır.
Toplantıda İranın hazırkı iqtisadi vəziyyətinə də toxunan M. Əhmədoğlu qeyd edib ki, milli valyutası son bir ayda iki dəfə ucuzlaşan ölkədə devalvasiyanın davam edəcəyi qaçılmazdır. O qeyd edib ki, İranın başqa dövlətlərlə ticarət mübadiləsi məhz İran üçün daha böyük itkiyə gətirib çıxara bilər: \"Bunu üçün də İran ölkədən qızıl və valyuta idxalına qadağa qoyub\".
Bunlardan əlavə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri bildirib ki, İran rəhbəri Mahmud Əhmədinejat dini lider Xamneyiyə qarşı mübarizədə uğur əldə edib: \"Yaşanan hadisələrə əsaslanıb demək olar ki, artıq İranın idarəçiliyi tam olaraq Əhmədinejatın əlinə keçib\".
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB