Telefonla da vergi ödəmək mümkün olacaq

Telefonla da vergi ödəmək mümkün olacaq

Yaxın vaxtlarda rüsum və vergiləri mobil telefonla da ödəmək mümkün olacaq. Bunu bu gün jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. S. Ələkbərov qeyd edib ki, hazırda bu istiqamətdə işlər görülür və tezliklə proses başa çatdırılacaq.

Nazir qeyd edib ki, bu gündən vergilər naziri Fazil Məmmədovun əmri ilə hüquqi və fiziki şəxslər tərəfindən dövlət və vergi rüsumlarını elektron şəkildə ödəmək mümkün olacaq. Dövlət rüsumları və vergilər istənilən yerdə internet vasitəsi ilə ödənilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə